“Gürcüstana gətirilən heksogen maddənin arxasında Ukraynanın xüsusi xidmət orqanları dayanır. Partlayıcı Gürcüstana onların göstərişi ilə gətirilib və bu, çox təəssüf doğurur”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan dövlətinə qarşı belə kobud münasibət çox təəssüf doğurur: “Biz Ukraynanın yüksəkrütbəli rəsmilərinin Gürcüstanda ikinci cəbhə açmaq istədikləri barədə eşitmişik. Bu münasibət təəssüf doğurur. Biz Ukraynada yaranmış vəziyyətə əsaslanaraq birtərəfli dostluq rejimində qalırıq. Təəssüf ki, qarşı tərəfdən bunun əksini görürük”.