“Moskva Köçəryanı geri qaytarmaq istəyir” – SEÇKİ PLANI AÇIQLANDI

“Robert Köçəryan Qaqik Tsarukyan və Samvel Karapetyanın komandalarını tam nəzarət altına alıb”.

 

“Teleqraf” xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

 

“Bir çox insanlar söylədiklərimizə şübhə ilə yanaşırlar, amma Tsarukyan, Karapetyan və digər müxalifət komandaları seçkilərdə səs toplayarlarsa, Köçəryan baş nazir postuna onların vahid namizədi olacaq. Tsarukyan və Karapetyanın dərc olunan seçki siyahıları Köçəryanın bu iki komanda üzərində tam nəzarəti ələ keçirdiyini açıq şəkildə göstərdi. Həm Tsarukyanın, həm də Karapetyanın siyahılarında ikinci yerdə Köçəryanın siyasi komanda yoldaşları və etibarlı şəxsləri olan Vardevanyan və Tevanyan gəlir.

 

Rusiyanın əsas namizədi Köçəryan olduğundan, həmçinin Tsarukyan və Karapetyanın komandalarını idarəolunan etmək problemi də olduğundan Moskvanın dəstəyi ilə Köçəryan etibarlı iki adamını həmin komandalara göndərdi və onları ikinci yerə qoydu”, - ekspert bildirib.

 

Arakelyanın fikrincə, Tsarukyan-Karapetyan bu konfiqurasiya ilə təlimatı birbaşa Köçəryandan alacaqlar, ikinci də öz addımlarını Kremllə koordinasiya edəcək: “Bu, Köçəryanı geri qaytarmaq və Ermənistanın boynuna kəndir kimi dolamaq istədikləri plandır”.

 

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.