
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilir.
Senzor.az bildirir ki, parlamentin spikeri Sahibə Qafarovanın sədrlik etdiyi iclasın gündəliyinə, Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqqında sazişin təsdiqi daxil olmaqla, ümumilikdə 11 qanun layihəsi daxil edilib.