
“Sülh Körpüsü” Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.
Senzor.az bildirir ki, bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.
Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.
Yeri gəlmişkən, Ermənistan nümayəndə heyətinə aşağıdakı şəxslər daxildirlər:
1. Areq Koçinyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin prezidenti, koordinatoru
2. Boris Navasardyan – Yerevan Mətbuat Klubunun fəxri prezidenti
3. Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru
4. Narek Minasyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
5. Samvel Meliksetyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
6. Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin İdarə Heyətinin sədri
7. Edqar Vardanyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
8. Robert Gevondyan – “Ermənistan Şurası” Analitik Mərkəzinin eksperti
9. Lusine Xaratyan – Yazıçı, antropoloq
10. Nelli Minasyan – Tarix elmləri namizədi, dosent, türkoloq
11. David Stepanyan – siyasi şərhçi
12. Ruben Babayan – Yerevan Kukla Teatrı Mətbuat Mərkəzinin bədii rəhbəri
13. Eleonora Sərkisyan – Sülh və Gender Məsələləri üzrə ekspert
14. Naira Martikyan – JAMnews-un Ermənistan ofisinin redaktoru və direktoru
15. Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun proqram meneceri
16. Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının baş redaktoru və siyasi proqramların aparıcısı
17. Armen Petrosyan – Orbeli Mərkəzinin regional siyasət üzrə eksperti
18. Alen Əmirxanyan – Ermənistan-Amerika Universitetinin “Akopyan” Ətraf Mühit Mərkəzinin direktoru
19. Nelli Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti
20. İctimai Televiziya Şirkətinin operatoru





