Mehdiabadda qəbiristanlığı su basdı
FOTO

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığı su basıb. 

 

Bu barədə “Qafqazinfo”ya qəsəbə sakinləri məlumat veriblər. 

 

Onların sözlərinə görə, artıq 15 gündür ki, qəbirlər su altında qalıb, lakin heç bir tədbir görülmür. 

 

Sayt məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Qurumdan bildirilib ki, Mehdiabad qəsəbə qəbiristanlığının çökək hissəsində yağış və qrunt sularının yığılması müşahidə olunub: “İlk günlərdən başlayaraq, qəsəbənin ümumi istifadəsində olan yollarında, eləcə də qəbiristanlıqda su kütləsinin idarə olunması, yönləndirilməsi və axıdılması işləri təxirə salınmadan həyata keçirilib.

 

Əraziyə əlavə nasoslar cəlb olunub, o cümlədən arx qazılaraq suyun sürətli şəkildə axıdılması təmin edilib. Hazırda da qəbiristanlıqda ətrafı daşla hörülmüş və su yığılmış qəbirlərin ətrafının təmizlənməsi işləri həyata keçirilir”.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.