
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrirlə görüşüb.
“Teleqraf” xəbər verir ki, Vaşinqtonda baş tutan görüşdə ABŞ investorlarının Özbəkistana artan marağı müzakirə edilib.
“İkitərəfli ticarətdə qarşılıqlı faydalı tənzimləmə yaradacaq razılaşmalar üzərində işləyirik. Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq səylərinə verdiyi dəstəyə görə ABŞ nümayəndəsinə təşəkkür edirəm”, - Mirziyoyeva sosial media hesabında yazıb.
Özbəkistan PA-nın rəhbəri bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə işgüzar səhər yeməyində görüşüb. Görüşdə ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının ilk iclasının nəticələri müzakirə olunub.
Xatırladaq ki, Səidə Mirziyoyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qızıdır.
