Türkiyə, Böyük Britaniya və Ukrayna Aİ-nin təhlükəsizliyini gücləndirə bilər -
ZELENSKİ

ABŞ NATO-dan çıxacağı təqdirdə Avropa İttifaqı (Aİ) öz təhlükəsizlik arxitekturasını dəyişməli olacaq.

 

"İnterfaks-Ukrayna" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O qeyd edib ki, Rusiyanın 2030-cu ilə qədər ordusunun sayını 2,5 milyon nəfərə çatdırmaq cəhdini nəzərə alsaq, təhlükəsizliyi təmin etmək üçün Aİ-yə əlavə ölkələr lazımdır: "Əgər ABŞ həqiqətən də NATO-dan çıxmaq barədə düşünürsə, o zaman Avropanın təhlükəsizliyi müstəsna olaraq Aİ-yə əsaslanacaq. Lakin indiki formasında yox. Hesab edirəm ki, Aİ elə bir vəziyyətdədir ki, ona əlavə ölkələr lazımdır. Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Bunlar Avropanın bir hissəsi olan dörd güclü ölkədir".

 

Zelenski bildirib ki, Böyük Britaniya, Ukrayna və Türkiyə ordularının birgə potensialı Rusiya ordusunun imkanlarını üstələyir: "Bu ölkələrlə dənizlərə nəzarət etmək, hava məkanını qorumaq və ən böyük quru qüvvələrə sahib olmaq mümkündür. Avropanın öz iqtisadiyyatını inkişaf etdirmək istəyinə baxmayaraq, təhlükəsizlik məsələləri birinci yerdə qalmalıdır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.