
İsrailin Beyrut və digər şəhərləri bombalaması nəticəsində 254 vətəndaşın ölümü ilə əlaqədar 9 apreldə Livanda milli matəm elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı ölkənin Baş naziri Nəvaf Salam müvafiq fərman imzalayıb.
Baş nazir Livan xalqına, xüsusən də hücumlarda həyatlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə sağalmalarını arzulayıb.
N.Salam həmçinin dövlət idarələrinin, ictimai təşkilatların və bələdiyyələrin bağlanmasını əmr edib. Dövlət bayraqları hər yerdə yarıya endiriləcək. Bundan başqa, hakimiyyət orqanları radio və televiziya proqramlarını da tənzimləyəcək.