
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda ABŞ-da görüş keçirmək barədə razılığa gəliblər.
Senzor.az bildirir ki, İsrail Baş nazirinin Dəftərxanası tərəfindən yayılan məlumatda belə deyilir.
"Benyamin Netanyahu az öncə ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Netanyahu və Tramp yaxın vaxtlarda ABŞ-da görüşmək barədə razılığa gəliblər", - məlumatda vurğulanıb.
Qeyd olunur ki, Netanyahu Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Baş nazir telefon danışığı zamanı ABŞ-ın qlobal azadlığın təminatçısı olduğunu vurğulayıb və İsrailin iki ölkə arasında mövcud olan sıx münasibətləri yüksək qiymətləndirdiyini bildirib.