İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək HƏBS EDİLDİ
FOTO

Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, ölkəmizin hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətiriliblər.

 

Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 2025-ci il noyabrın 15-də xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilib, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilib.

 

Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə gedib, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılıb.

 

Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.