
Azərbaycan Prezidenti İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Senzor.az bildirir ki, bu barədə İlham Əliyevin "X" hesabında paylaşım edilib.
"Hörmətli Prezident Donald Tramp,
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Donald Tramp layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.