
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.
Senzor.az bildirir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Qeyd olunub ki, aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.