Vens də etiraf etdi: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub oldular
VİDEO

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "X" sosial şəbəkəsində yazıb.

 

"Biz müharibəyə görə məğlub olduq. Bu barədə dünən axşam Prezident özü bildirdi", - o qeyd edib.

 

Vensin sözlərinə görə, sorğuların nəticələrinə əsasən, 2024-cü ildə Trampa səs verən seçicilərin bir çoxu narazı qalıb və demokratları dəstəkləmək niyyətində olub. Onlardan respublikaçılara yenidən səs verməyə nə vadar edə biləcəyi soruşulduqda, dörd əsas şərt irəli sürüblər: müharibənin dayandırılması, diqqətin yaşayış xərcləri və inflyasiyaya yönəldilməsi, "Öncə Amerika" siyasətinə qayıdış və ABŞ-ın İsraillə münasibətlərinin dəyişdirilməsi.

 

Vens vurğulayıb ki, problem respublikaçı seçicilərin səsverməyə gəlməməsi ilə bağlı olmayıb. Əsas məsələ Trampa 2024-cü ildə səs verən tərəfdarlarının bir qisminin 2026-cı ildə demokratlara üstünlük verməsidir.

 

O, həmçinin qeyd edib ki, yaxın aylarda respublikaçıların problemlərinin həlli yolu kimi amnistiya haqqında təkliflər səslənə bilər, lakin bu cür təşəbbüsləri məğlubiyyətin səbəblərinə verilən yanlış cavab adlandırıb.

 

Vitse-prezident əlavə edib ki, seçkilərin nəticələrinin və respublikaçıların gələcək addımlarının hər hansı dürüst təhlili onların məğlubiyyətində müharibənin rolunun etiraf edilməsi ilə başlamalıdır.(Bax:https://www.youtube.com/watch?v=STH0AqSz-jw)





Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.