İsraildə Netanyahu ilə gələcək Baş nazir arasında
GƏRGİNLİK

İsraildə İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı siyasi və hərbi rəhbərlik arasında fikir ayrılığına səbəb olub. Baş nazir Benyamin Netanyahu İrana mümkün yeni hücum məsələsini hökuməti formalaşdırmaq mandatı alan Qadi Ayzenkotla müzakirə edib.

 

“Channel 12” telekanalının məlumatına görə, görüş cümə axşamı baş tutub. Netanyahu görüş zamanı İrana dair kəşfiyyat məlumatlarını Ayzenkotla bölüşməyə çalışıb.

 

Telekanalın istinad etdiyi məlumatlı mənbə bildirib ki, təqdim olunan kəşfiyyat məlumatları Ayzenkotun Netanyahunun hərbi əməliyyatları bərpa etmək niyyəti ilə bağlı mövqeyini dəyişə bilər.

 

Maraqlı məqamlardan biri isə Ayzenkotun Mossad rəhbəri Roman Qofmanın bu məsələni müzakirə etmək üçün Vaşinqtona səfərindən xəbərsiz olmasıdır. İsrail telekanalı onun bu səfər barədə qəsdən məlumatlandırılmadığını isə dəqiqləşdirməyib.

 

İsrail ordusu yeni müharibəyə tələsmir

 

Məsələnin diqqətçəkən tərəflərindən biri İsrail hərbi rəhbərliyinin yeni hücumun vaxtı ilə bağlı ehtiyatlı mövqeyidir.

 

İsrailin ictimai yayım qurumu KAN-ın məlumatına görə, ordunun Baş Qərargah rəisi Eyal Zamir İrana qarşı hərbi əməliyyatı dəstəkləsə də, hazırkı zamanlamanı məqsədəuyğun hesab etmir.

 

Zamir əməliyyatın ABŞ-la koordinasiyalı şəkildə, uyğun vaxt və şəraitdə keçirilməsinin tərəfdarıdır.

 

KAN-ın istinad etdiyi təhlükəsizlik mənbəsi bildirib ki, İsrail ordusu hazırda İrandan qaynaqlanan və təcili hərbi müdaxiləni zəruri edən təhlükə görmür. Hərbçilər həmçinin ölkənin uzunmüddətli tükəndirici müharibəyə cəlb olunmasına qarşı xəbərdarlıq edirlər.

 

Mənbənin sözlərinə görə, yaxın həftələrdə müharibənin yenidən başlanması real görünmür.

 

Bundan əvvəl də “Channel 12” Netanyahu ilə Zamir arasında İranla bağlı mümkün hərbi əməliyyatlar məsələsində fikir ayrılıqlarının olduğunu yazmışdı. Lakin Baş nazirin ofisi həmin məlumatı təkzib etmişdi.

 

Mossad rəhbəri ABŞ-dan dəstək istəyir

 

İranla bağlı proseslər fonunda Mossad rəhbəri Roman Qofmanın Vaşinqtona səfəri də xüsusi diqqət çəkir.

 

“Haaretz” qəzetinin məlumatına görə, Qofman cümə günü ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ilə görüşüb. Onun Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla da görüşəcəyi gözlənilir.

 

“Channel 13” telekanalının məlumatına əsasən, Mossad rəhbəri amerikalı rəsmilərə İranın nüvə proqramı, uzaqmənzilli raketlərin hazırlanması və Tehranın Vaşinqtonla razılaşmaları pozduğu barədə İsrailin iddiaları ilə bağlı kəşfiyyat məlumatları təqdim edəcək.

 

Bu təmaslar İsrailin ABŞ-ı İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsinə razı salmaq cəhdləri kimi qiymətləndirilir.

 

Bununla belə, nə ABŞ, nə də İsrail rəsmiləri səfərin təfərrüatları barədə rəsmi açıqlama veriblər.

 

Netanyahu hakimiyyəti təhvil verməzdən əvvəl müharibəyə başlaya bilər?

 

İran ətrafında hərbi müzakirələrin intensivləşməsi İsraildəki siyasi hakimiyyət dəyişikliyi ilə eyni vaxta təsadüf edir.

 

Oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra Netanyahunun siyasi bloku Knessetdəki çoxluğunu itirib. Nəticədə İsrail Prezidenti İshak Hersoq yeni hökuməti formalaşdırmaq üçün Qadi Ayzenkota mandat verib.

 

Ayzenkot yeni hökuməti qurmaq üçün 28 gün müddətinə malikdir. Zərurət yaranarsa, bu müddət daha 14 gün uzadıla bilər.

 

Bu arada Ayzenkot Netanyahuya xəbərdarlıq edib ki, yeni hökumət formalaşana qədər ölkəni böyük təhlükə ilə üz-üzə qoya biləcək hərbi və təhlükəsizlik əməliyyatlarına başlanılmamalıdır.

 

O, bundan əvvəl baş prokuror Qali Baharav-Miaraya müraciət edərək təhlükəsizlik məsələləri ilə bağlı müntəzəm məlumatlandırılmasını tələb edib.

 

Ayzenkotun fikrincə, parlamentin etimadını itirmiş müvəqqəti hökumətin dərhal təhlükə olmadığı halda hərbi əməliyyatlara başlaması İsrail demokratiyası üçün ciddi nəticələr doğura bilər.

 

Müxalifət nümayəndələri isə Netanyahunu ABŞ-ın dəstəyi olmadan İrana qarşı birtərəfli hərbi əməliyyatlara başlamağa çalışmaqda ittiham edirlər. Onların iddiasına görə, Baş nazir bu yolla Ayzenkotun yeni hökumət qurmaq cəhdlərini də çətinləşdirə bilər.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.