Ermənistanda yeni konstitusiyanın layihəsi dərc olundu:
SƏNƏDDƏ MÜSTƏQİLLİK BƏYANNAMƏSİNƏ İSTİNAD YOXDUR

Ermənistanda Konstitusiya layihəsi bu məqsədlə yaradılmış xüsusi saytda dərc olunub, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.

 

Sənəd 89 maddədən ibarətdir.

 

Qeyd olunub ki, Konstitusiyanın məqsədi sabit, dinc və firavan bu günü təmin etmək, eləcə də gələcək nəsillər üçün gələcəyi qurmaqdır.

 

"Sülh xarici siyasətin prioritetidir. Bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin və sülhün təmin edilməsi xarici siyasətin əsasıdır", - sənədin layihəsində vurğulanıb.

 

Sənəddə o da bildirilib ki, referenduma çıxarılmış Konstitusiya və ya Konstitusiyaya düzəlişlər, əgər onların lehinə referendum iştirakçılarının yarısından çoxu, ancaq referendumlarda iştirak etmək hüququna malik olan vətəndaşların ən azı üçdə biri səs verərsə, qəbul edilmiş sayılır.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.