Əli Kərimli tibbi müayinədən keçirilib - TƏKADAMLIQ KAMERADA SAXLANILIR
YENİLƏNİB

Barəsində 2 ay 15 gün həbs-qətimkan tədbiri seçilən AXCP sədri Əli Kərimli DTX-nın İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib. 

 

Gununsesi.info–nun məlumatına görə, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına - təkadamlıq kameraya yerləşdirilib.

 

Bu arada AXCP sədrinin vəkili Aqil Layic sayta açıqlamasında müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.


**14:36 (01.12.2025)


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

 

Senzor.az bildirir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb.

 

Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

 

Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində saxlanılıb.


**11:27


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub.

 

Senzor.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

 

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-da dindiriliblər.

 

Evlərində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.

 

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

 

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.