
Pakistanda ABŞ-İran danışıqlarının nəticəsiz qalması fonunda Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Dünya Sülh Şurasının yaradılmasını və iclasının Türkiyədə keçirilməsini təklif edib.
Senzor.az bildirir ki, bu təklifi o, TV100-ə açıqlamasında səsləndirib.
“BMT Baş katibi Antonio Quterreşin çağırışı ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının Dünya Sülh Şurası adlı yeni mexanizm yaratmasını təklif edirik. Türkiyə belə bir təşəbbüsə ev sahibliyi edə bilər”, - MHB lideri vurğulayıb.
Xatırladaq ki, Dövlət Baxçalı bundan əvvəl İsrail və ABŞ-a qarşı Türkiyə-Rusiya-Çin ittifaqının yaradılmasını təklif etmişdi.
[media=https://www.youtube.com/watch?v=BPMixzGDzSE]