
“İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə danışıqların ikinci raundunun keçirilməsinə icazə verməyib”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran parlamentinin üzvü Meysəm Zohorian deyib.
Deputatın sözlərinə görə, İslamabadda keçirilən danışıqların birinci mərhələsinə dair hesabatı aldıqdan sonra Müctəba Xamenei ABŞ-ın “təkəbbürlü və üstün mövqe”dən hərəkət etdiyini söyləyərək, prosesin davamından imtina edib.
“Xamenei bu səbəbdən danışıqların ikinci mərhələsinə icazə vermədi”, - Zohorian vurğulayıb.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının birinci mərhələsi aprelin 11-də Pakistanın paytaxtında keçirilib.