İshaq Hersoq Qazaxıstana rəsmi səfər edib - VİDEO

İsrail Prezidenti İshaq Hersoq dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana rəsmi səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Hersoq "X" sosial şəbəkəsində məlumat verib.

 

Onun sözlərinə görə, səfər çərçivəsində o, iki ölkə arasında iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişafını davam etdirmək üçün Qazaxıstan Prezidenti və ölkə rəhbərliyinin nümayəndələri ilə danışıqlar aparmaq, həmçinin yəhudi icması ilə görüşmək niyyətindədir.

 

"İsrail və Qazaxıstan arasındakı uzunmüddətli tərəfdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir, möhkəmlənən əlaqələr isə iki xalqın rifahına töhfə verir. Qazaxıstanın ötən il "İbrahim sazişləri"nə qoşulmasından sonra bu münasibətlər daha da gücləndi - müsəlmanlar, xristianlar və yəhudilər arasındakı əməkdaşlıq ruhunu əks etdirən bir addım oldu", - o əlavə edib.

 

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoqun Qazaxıstana səfəri aprelin 28-də başa çatacaq.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.