Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək
VİDEO

İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü münasibətilə mayın 9-da Moskvanın Qırmızı meydanında hərbi parad keçiriləcək.

 

Senzor.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ordunun bütün qoşun növlərinin hərbi akademiyalarının şəxsi heyəti cərgə ilə Qırmızı meydandan keçəcək. Lakin Suvorov və Naximov hərbi məktəblərinin tələbələri, kadet korpusları və hərbi texnika kolonnaları mövcud əməliyyat şəraitinə görə bu il paradda iştirak etməyəcəklər.

 

Nazirlik qeyd edib ki, paradın canlı yayımında Strateji Raket Qüvvələrinin komanda məntəqələri, Aerokosmik Qüvvələr və dəniz gəmiləri də daxil olmaqla xüsusi əməliyyat zonasında silahlı qüvvələrin müxtəlif qoşun növlərinin fəaliyyəti nümayiş olunacaq. Paradın aviasiya hissəsi pilotaj qrupları tərəfindən yerinə yetiriləcək və Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayan Su-25 hücum təyyarələrinin uçuşları ilə başa çatacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.