Çin Afrika mallarını idxal rüsumlarından azad edir
VİDEO

Çin mayın 1-dən başlayaraq rəsmi Pekin ilə diplomatik münasibətləri olan Afrika ölkələrinin məhsullarını idxal rüsumlarından tam azad edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Çin-Afrika iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addım olan sıfır tarif rejimi Afrikanın 20 ölkəsini əhatə edəcək. 

 

Çin bundan əvvəl 2024-cü ilin dekabrından Afrikanın ən az inkişaf etmiş 33 ölkəsi üçün idxal rüsumlarını dayandırmışdı. Son qərarla bu mexanizm artıq diplomatik əlaqəsi olan bütün Afrika ölkələrini əhatə edən daha geniş çərçivəyə keçir. Qanun 2 il qüvvədə olacaq.

 

Bu qərar Çinin Afrika bazarı ilə ticarət əlaqələrini daha dərinləşdirmək niyyətini göstərir. Sıfır tarif rejimi Afrika ölkələrinin Çin bazarına çıxışını asanlaşdıra, xüsusilə ixracyönümlü sektorlar üçün yeni imkanlar yarada bilər. Son açıqlama həm də Pekinin Afrika ilə iqtisadi əməkdaşlığı yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real ticarət mexanizmləri ilə genişləndirməyə çalışdığını göstərir.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.