Ermənistan Rusiya qoşunlarını sərhədlərindən çıxaracaq:
AZƏRBAYCANLA DELİMİTASİYA PROSESİ DAVAM ETDİRİLƏCƏK

“Ermənistanın bütün sərhədləri Sərhəd Qoşunlarının məsuliyyəti altında olmalıdır”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının yaranması günü münasibətilə çıxışında deyib.

 

O qeyd edib ki, sərhəd xidməti sülhün ən vacib simvoludur.

 

“Sərhəd Qoşunlarının yerləşdiyi yerdə təhlükəsizliyə daha çox inam olur. Məhz bu inam sayəsində dövlət sərhədin bu və ya digər hissəsini sərhəd mühafizəçilərinin xidmətinə təhvil vermək qərarına gəlib”, - Paşinyan qeyd edib.

 

Xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri ikitərəfli razılaşma əsasında Rusiyanın Sərhəd Qoşunları tərəfindən mühafizə olunur.

 

Baş nazir onu da deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi yaxın vaxtlarda davam etdiriləcək. Onun sözlərinə görə, bu günədək sərhədin 12 kilometr uzunluğunda olan hissəsi artıq demarkasiya edilib və orada Ermənistan sərhədçiləri xidmət aparır: “Delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda davam etdiriləcək və münasib müddətdə başa çatacaq".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.