
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək 8-ci toplantısına dəvət olunub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə tərəfinin Ermənistanın rəsmi dəvətinə cavabı hələlik məlum deyil.
Rəcəb Tayyib Ərdoğan indiyədək Avropa Siyasi Birliyinin üç iclasında iştirak edib.