
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Tədbir zamanı saxlanılan 24 yaşlı Pirali Ağayevdə ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisinə gətirərək satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.