"Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirir".
Senzor.az-ın xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
"Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır. Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Bu gün erkən nikahların əksəriyyətini də axundlar həyata keçirir. İndiyə qədər bununla bağlı bir nəfərin cəzalandırıldığını və ya bu istiqamətdə iş görüldüyünü eşitməmişik", - komitə sədri bildirib.