Polis Göyçay sakinini döyüb 5 min manatını əlindən alan maskalıları yaxaladı

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Senzor.az-a  verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.

 

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər. Quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi onlarda aşkarlanıb və götürülüb.

 

Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.