Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Senzor.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.
Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana götürülüb.
O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.