Binəqədidə narkokuryerlik edən tiktoker saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb. 

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Ondan 2 kq 885 qram heroin, 1 kq 230 qram tiryək və 2 kq 765 qram marixuana aşkarlanıb. S.Balakişiyev narkotikləri "TikTok" sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edilib ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumilikdə 27 fakt aşkar edilib. Həmçinin, Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.