Kişi dəniz sahilində xanımına maşın sürməyi öyrədirmiş... - POLİS HƏR İKİSİNİ SAXLADI
VİDEO

Sumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

 

Senzor.az bildirir ki, Daxili İşlər Nazirliyi  Mətbuat Xidmətinin məlumatında belə deyilir.

 

Məlumata görə, insanların dinc istirahət etdiyi yerdə idarəetmə hüququ olmadan "Hyundai" markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı polis şöbəsinə dəvət olunublar.

 

Aparılan araşdırma zamanı məlum olub ki, avtomobil qadına sürücülük bacarıqlarını öyrətmək məqsədilə verilib.

 

Hər iki şəxs izahatlarında törətdikləri qanun pozuntusuna görə peşman olduqlarını ifadə ediblər.

 

Faktla bağlı onların hər ikisi barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.