Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu - VİDEO

5 ildir ki, dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanəndə, Əməkdar artist Ehtiram Hüseynov müalicə üçün Türkiyədədir.

 

Müalicə aldığı xəstəxanda “Real TV”yə danışan xanəndə bu xəstəliyin müalicəsində yeni bir mərhələnin - kök hüceyrə tətbiqinin olduğunu bildirib.

 

“Xəstəliyin müalicəsində birinci mərhələ olub. Üç mərhələ olmalıdır. İnşallah üçüncü mərhələdən sonra hər şey yaxşı olar. Müalicənin kök hüceyrə tətbiqi mərhələsinə göstərdikləri dəstəyə görə, dövlətimizə və xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna dərin minnətdarlığımı bildirirəm. Fondun dəstəyini hər zaman öz üzərimdə hiss etmişəm”, - E. Hüseynov vurğulayıb.

 

Qeyd edək ki, kök hüceyrə vasitəsilə MS xəstəliyinin irəliləməsinin qarşısını qismən almaq mümkündür. Məhz bu əməliyyatı yerinə yetirmək üçün xanəndəyə Azərbaycan mədəniyyətinin təbliğində xüsusi rolu və muğamımızın dünyaya tanıdılmasında müstəsna xidmətləri olan Heydər Əliyev Fondu dəstək olur. Xanəndəyə artıq kök hüceyrənin ilkin mərhələsi tətbiq olunub.

 

Daha ətraflı reportajda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.