Polis Astarada İrandan PUA ilə göndərilmiş külli miqdarda narkotik aşkarladı - XÜSUSİ ƏMƏLİYYAT

Ölkə ərazisinə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə külli miqdarda narkotik vasitələrin gətirilməsi, lokasiyası ötürülən yerlərdən götürülərək ayrı-ayrı ünvanlara çatdırılması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları xüsusi əməliyyat tədbiri keçiriblər.

 

Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Astara Rayon Polis Şöbəsi əməkdaşkarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb.

 

Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan şəxsin bundan əvvəl də eyni üsulla əldə edərək rayonun Qapıçıməhəllə kəndi ərazisindəki naringi bağında gizlətdiyi əlavə 4 kiloqram marixuana da aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.