
Salyanda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.
Senzor.az bildirir ki, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd "Kalaşnikov" markalı avtomat aşkarlanıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.