Superfırıldaqçılar-2023: İrəvanda yeni animasiya çəkilir - PAŞİNYAN BİR ADDIM İRƏLİ ATMAQ İSTƏDİ, İKİ ADDIM GERİ DÜŞDÜ
ELÇİN ALIOĞLUNUN YAZISI

"Azərbaycanla Ermənistan arasınla sülh müqaviləsinin imzalanmasına Rusiya dəstək verməyə hazırdır. Biz danışıqları Moskvada qəbul edə bilərik".

 

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin dövlət başçıları Şurasının Bişkekdə keçirilən toplantısında belə deyib.

 

Onun sözlərinə görə, indi gündəlikdəki əsas məsələlərdən biri çoxillik münaqişəyə son qoymaq üçün Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasıdır: "Rusiya tərəfi heç şübhəsiz ki, tərəfdaşlarımıza hərtərəfli dəstək verməyə hazırdır. Zərurət yaranarsa Moskvada istənilən formatda danışıqnların təşkilinə də razıyıq". 


V.Putinin sözlərinə görə, söhbət o cümlədən Azərbaycan və Ermənistanın XİN başçıları ilə ekspertləri arasında danışıqlardan da gedir: "Təbii ki, danışıqların iki dövlətin liderləri tərəfindən sülh anlaşmasının əldə olunması ilə nəticələnməsinə çalışacağıq".

 

O, daha sonra söyləyib: "Təkrar edirəm: seçim həmişə müvafiq ölkənindir. Zəruri iş üçün gərəkli şəraiti yaratmağa hazırıq". 

Vladimir Putin onu da vurğulayıb ki, son üç il ərzində Rusiya Qarabağda münaqişənin eskalasiyasına yol verməmək və silahlı əməliyyatlara son qoymaq üçün əhəmiyyəti səylər göstərib.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın qatılmadığı Bişkek sammiti əslində Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə əhəmiyyətli addım ola bilərdi.

 

Sənədin imzalanması üçün hazırda mövcud olan Vaşinqton və Brüssel treklərindəki proseslər hələlik arzuolunan sürətlə getmir: səbəb rəsmi İrəvanın fasiləsiz qaydada yeni maneələr və şərtləri gündəmə gətirərək imzalanmanı mümkün qədər təxirə salmaq cəhdidir.

 

Ermənistanın Bişkek sammitindən imtinası sadəcə, Paşinyanın publikaya oynamaq istəyi və ya Rusiya ilə onsuz da sərinləşmiş münasibətləri daha da gərginləşdirmək niyyəti deyil.

 

Nikol Paşinyan Avropa İttifaqına meyillənmə kursuna sadiqdir və Fransa prezidenti Emmanuel Makronun tapşırıqlarını yerinə yetirməklə əlavə preferensiyalarla dividentlər əldə etməyə çalışır.

 

Qarabağlı ermənilərin Azərbaycandan Ermənistana kütləvi köçündən, daha dəqiq olsaq, könüllü repatriasiyasından merkantil siyasi məqsədləri üçün istifadə etmək planlarını tərtib etmiş N.Paşinyan onları hazır elektoral kütlə qismində görür. Həmin ermənilərin sosial-məişət qayğılarını həll etmək, ilk növbədə onları yaşayış yerləri, ərzaq və s. ilə təmin etməklə bağlı məsələlərin çözülməsini rəsmi İrəvan məhz "hakimiyyətin humanizmi, qayğısı, şəfqəti və diqqəti" formatında təqdim edərək tərəfdar bazası formalaşdırmaq niyyətindədir.

 

Ermənistanda məskunlaşan qarabağlı ermənilərin ölkə müxalifətinin hədəfində olması, xüsusilə də sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın başçılıq etdikləri "qarabağlılar klanı"nın onlardan sui-istifadə etməyə can atdıqları şübhəsizdir.

 

Qarabağlı ermənilərin mövqeləri və xüsusilə də siyasi seçimi uğrunda "siçovul yürüşü"nə Robert Köçəryan, Serj Sarqsyan və Nikol Paşinyanla yanaşı, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da qoşulublar.

 

Ermənistan sosiumunda yeni formalaşmağa başlayan seçici kütləsini ələ almaq üçün Nikol Paşinyanla yanaşı, sabiqlər də Rusiya Federasiyasına münasibətdə əvvəlki mövqelərinə zahirən guya ciddi dəyişikliklər ediblər.

 

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş MDB sammitinə N.Paşinyanın nümayişkaranə şəkildə qatılmamasını, İrəvanın Moskvaya qarşı demarşını sabiqlər dəstəkləməsələr də, pisləmək fikrindən də uzaqdırlar.

 

Halbuki MDB sammitinə qatılmamaq sadəcə, Paşinyanın Moskvaya qarşı demarşı deyildi: bu düşünülməmiş və primitiv qərar Ermənistanın MDB-dəki bütün ölkələrlə münasibətlərinin sərinləşməyə doğru gedişatını daha da sürətləndirdi. Heç şübhə yoxdur ki, Rusiyadan savayı, Bişkekə toplaşmış digər MDB ölkələrinin liderləri də Ermənistanın baş nazirinin qərarını sayğısızlıq və düşünülməmiş qərarlara əsaslanan diplomatiya kimi qəbul etdilər. 

Belarus Prezidenti Aleksandr Lukaşenko da bunu açıq dedi.

 

Postsovet məkanındakı bəzi ölkələrin aşkar şəkildə Qərbə meyillənməsini elə Qərb dəstəklədisə və bu səbəbdən də Moskva zəruri addımlar ata bilmədisə, Ermənistanla bağlı situasiya tam fərqilidir.

 

Cənubi Qafqazda vəziyyəti spontan gərginləşdirməyə çalışan Ermənistan rəhbərliyi məqsədlərinə çatsalar belə, Qərb İrəvana yardım edə ilməyəcək. Paşinyanın uydurma “soyqırım” və ya “qarabağlı ermənilərin köçü” ilə bağlı dezinformasiyaları isə artıq Qərb üçün ciddi əhəmiyyət kəsb etmir. Səbəb İsraillə HƏMAS arasındakı müharibənin ön plana çıxması və bu vəsilənin hətta Ukraynadakı hərbi əməliyyatları belə geridə buraxmasıdır.

 

Qarabağlı ermənilərin separatizminin sonu çatdığından Qərb artıq izafi problemlərlə maraqlanmır.

 

Təbii, Bakıya təzyiq cəhdləri üçün qarabağlı ermənilərdən Qərb sürəkli istifadə edəcək, amma effekt olmadığından, bundan sonra da hansısa real nəticənin olacağını düşünməyə dəyməz.

 

Daxili siyasi məkanda qarabağlı ermənilərdən hakimiyyətin dayaqlarının sarsıdılmasına imkan verməmək, xarici siyasətdə isə primitiv və merkantil maraqların təminatı üçün istifadə etməyə çalışan Nikol Paşinyanın qətiyyən gözləmədiyi istiqamətdən rəqiblərinin peyda olması onun planlarında dəyişikliklərə səbəb olub.

 

Aşkar traybalist məqamlardan yararlanmaq fikrində olan sabiqlər, yəni Köçəryan-Sarqsyan dueti ilə Ter-Petrosyan elastik sosial baza hesab etdikləri qarabağlı ermənilərin seçimləri uğrunda indidən mübarizəyə başlayıblar.

 

Onların qənaətinə görə, Nikol Paşinyanı xəyanətdə və yarıtmaz siyasət yürütməkdə ittiham edən qarabağlı ermənilər müxalifət düşərgəsi üçün az qala ideal hədiyyədir. 

Ölkədə bundan sonra keçiriləcək parlament seçkilərində bəhs olunan kütləni elektoral nüvəyə çevirmək fikrinə düşmüş sabiqlər yenə də strateji səhvə yol verirlər. Daha doğrusu, özlərini qarabağlı ermənilərə az qala “superqəhrəman” kimi təqdim edən bu siyasət möhtəkirləri və superfırıldaqçılar bu dəfə daxili etiraz potensialını dəqiq qiymətləndirməyiblər.

 

Qarabağlı ermənilər siyasi mübarizəyə qatılmaq yox, başlarına çarə tapmaq istəyirlər.

 

Onların aradıqları çarə isə bəllidir: Azərbaycan cəmiyyətinə reinteqrasiya olmaq.

 

Bütün başqa yollar fırıldaqlar və siyasi alver qurbanlarına çevrilməyə aparır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.