
İtaliyanın Baş naziri Ciorcia Meloni İspaniyanın NATO-dan ayrılması ideyasına mənfi yanaşır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hökumət başçısı Şimali Atlantika Alyansının daxili birliyinin qorunmasının vacibliyini vurğulayıb.
"İspaniyanın NATO-dan çıxması ideyasını müsbət qiymətləndirmirəm. Hesab edirəm ki, NATO vahid qalmalıdır, bu, bizim güc mənbəyimizdir", - o vurğulayıb.