Ərdoğandan ermənilərə mesaj:
DÜŞMƏNÇİLİK İSTƏYƏNLƏRƏ VERİLƏCƏK CAVABIMIZ VAR

Türkiyədəki erməni patriarxlığı Prezident Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı patriatx II Saak Məşəlyana göndərdiyi mesajın mətnini yayımlayıb.

 

“Teleqraf” bildirir ki, Türkiyə liderinin mesajında ötən əsrin əvvəllərində baş vermiş hadisələrə diqqət çəkilib.

 

Rəcəb Tayyib Ərdoğanın mesajında deyilir: “Birinci Dünya müharibəsinin ağır şəraitində həyatını itirmiş Osmanlı ermənilərini bu il də hörmətlə yad edir və onların nəvələrinə bir daha başsağlığı verirəm.

 

Osmanlı İmperiyasının süqutu dövründə işğallar, toqquşmalar, üsyanlar, silahlı dəstələrin fəaliyyətləri, terror aktları və epidemiyalar kimi müxtəlif səbəblərlə həyatını itirənlər, Balkan, Qafqaz və Ərəbistan yarımadasındakı torpaqlarından köçürülənlər, Anadolunun müxtəlif bölgələrində evlərində böyük ağrılar yaşayan Osmanlı təbəələri dərin iztirablar çəkib.

 

Osmanlının hakimiyyəti altında ictimai həyatın bütün sahələrində iştirak etmiş və dəyərli töhfələri ilə tanınmış erməniəsilli Osmanlı vətəndaşları arasında da təəssüf ki, bu böyük ağrıların qurbanları olub.

 

Türkiyə Cümhuriyyətini bu acıları unutmadan, eyni zamanda onları aşmağın yolunu bilərək qurmağa nail olduq. Sülh, rifah və qardaşlıq əsasında daha yaxşı günlərə çatmaq məqsədilə bütün vətəndaşlarımız və dostlarımızla birlikdə, onların milli-dini mənsubiyyətindən asılı olmayaraq işləməyə və mübarizə aparmağa davam edirik.

 

Gələcək nəsillərə mənfi xatirələr əvəzinə, həqiqətlərə əsaslanan və vicdanlı yanaşmalarla möhkəmlənmiş gələcək miras qoymağa çalışırıq. Tarixdən düşmənçilik çıxarmaq istəyənlərə ən doğru cavabı vermək üçün ideoloji qəliblərə sığınmırıq, sülhü, qarşılıqlı anlaşmanı və dialoqu üstün tuturuq və qarşıdurma əvəzinə razılaşmanı seçən yanaşmanı əsas götürürük.

 

86 milyon olaraq birlikdə gələcəyimizi və nəvələrimizə buraxacağımız mirası quracağıq. Bu düşüncələrlə bir daha erməni xalqının keçmişdə yaşadığı acıları bölüşür və həyatını itirmiş bütün Osmanlı vətəndaşlarını hörmətlə yad edirəm”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.