Bakıda parik taxıb dələduzluq edən şəxs saxlanıldı - VİDEO

Paytaxtda dələduzluq edən zaman tanınmamaq üçün parikdən istifadə edən şəxs saxlanılıb.

 

Senzor.az bildirir ki, Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub. Ə.Səfərovun zərərçəkənlərə ümumilikdə 15000 manatdan çox maddi ziyan vurduğu məlum olub.

 

Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün parikdən istifadə edib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.