Rəsmi Bakı İrəvanda Türkiyə bayrağının yandırılmasını pislədi

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.

 

Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə deyilir.

 

XİN-in bəyanatında vurğulanır ki, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu cür kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi: "Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək bəraət qazandırılması və göz yumulması tamamilə qəbuledilməzdir. Ermənistanda hələ də güclü şəkildə mövcud olan revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı dərhal alınmalıdır".

 

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri təcili olaraq məsuliyyətə cəlb etməyə çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.