
İranın xarici işlər naziri Abbas Əraqçi İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşüb.
Bu barədə IRIB məlumat yayıb.
Məlumata görə, iranlı diplomat regional məsləhətləşmələrdə iştirak etmək üçün Pakistanda səfərdədir.
Qeyd edək ki, rəsmi Tehran Əraqçinın Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüşməyəcəyini bəyan edib.