Ağcabədidə ağır qəza: Ölən var, ata və övladları yaralıdır...
FOTO

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə laçınlıların kompakt məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

 

İlkin məlumata görə, Laçın rayon sakini Bakir Möhbalı oğlu Quliyevin idarə etdiyi 41 BE 893 dövlət qeydiyyat nişanlı, “VAZ” markalı minik avtomobili Yevlax rayon sakini Azər Bənah oğlu Bədəlova məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində “VAZ”ın sürücüsü Bakir Quliyev hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Habil Əli oğlu Həsənov, eləcə də onun iki övladı - 2008-ci il təvəllüdlü Polad Habil oğlu Həsənov və 2013-cü il təvəllüdlü Murad Habil oğlu Həsənov, həmçinin 2014-cü il təvəllüdlü Razi Surxay oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Məlumata görə, həyatını itirən Bakir Quliyev baytarlıq sahəsində çalışıb. “KamAZ” markalı yük avtomobilinin isə Ağcabədi rayonunda Kür çayında uçan bəndin bərpası işlərinə cəlb olunan nəqliyyat vasitələrindən biri olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.