Rusiya Ukraynaya yeni zərbələr endirib: Yenə ölənlər və yaralananlar var
VİDEO/FOTO

Bu gecə Rusiya qoşunları Xarkov, Dnepr, eləcə də Ukraynanın Zaporojye və Nikolayev vilayətlərinə bir sıra zərbələr endirib.

 

Bu barədə "RBK-Ukrayna" vilayət hərbi administrasiyalarına (VHA) və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

 

Dnepropetrovsk VHA-nın rəisi Aleksandr Qanjanın məlumatına görə, Dneprə edilən hücumlar nəticəsində 18 nəfər yaralanıb. Həmçinin, dördmərtəbəli yaşayış binası qismən dağılıb.

 

Xarkov meri İqor Terexov isə şəhərin Kiyev və Şevçenko rayonlarına endirilən zərbələr barədə məlumat verib.

 

"Zərbələrdən biri yaşayış binasının yaxınlığında qeydə alınıb. Nəqliyyat infrastrukturu obyektlərinə ziyan dəyib: ictimai nəqliyyat dayanacağı dağıdılıb və qaz kəməri ziyan görüb", - o deyib.

 

Xarkovun Nemışlyansk rayonunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir uşaq yaralanıb.

 

Zaporojye vilayətində bir sutka ərzində 43 yaşayış məntəqəsinə 555 atəş qeydə alınıb. Xüsusilə, 25 aviazərbə, dronlarla 357 hücum, Yaylım atəşli reaktiv sistemlərdən 6 atəş və 167 artilleriya zərbəsi endirilib. Yaşayış binalarının, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 69 məlumat daxil olub.

 

Nikolayev VHA-dan bildirilib ki, region "Shahed" tipli dronların tətbiqi ilə Rusiya hücumlarına məruz qalıb, nəticədə iki qadın xəsarət alıb.

 

Məlumata görə, gecə kamikadze dronları ilə Odessaya da hücum edilib. Yaşayış binalarına zərbələr qeydə alınıb. İki nəfər ölüb, yaralılar var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.