
Senzor.az bildirir ki, təxminən altı saatdan sonra sözügedən sosial şəbəkə platformaları işləməyə başlayıb.
“Tətbiq və xidmətlərimizə girişi bərpa etmək üçün çox çalışdıq. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik”- şirkətin “Tvitter”də yerləşdirdiyi məlumatda deyilir.
“Facebook”un texniki xidmət şöbəsinin rəhbəri Mayk Şrepfer özünün “Tvitter” hesabında bildirib ki, problemin yüz faiz həll olunması üçün müəyyən vaxt lazımdır.
** 02:00
“Facebook” və “Instagram” tətbiqlərinin işində yaranan problem tədricən bərpa olunmağa başlayıb.
Tətbiqlərin məlumat mərkəzləri işini artıq bərpa edib.
Hazırda iki tətbiqdən istifadə etmək mümkündür.
“WhatsApp”da mövcud olan problem aradan qaldırılmayıb.
**20:32 (04.10.2021)
“Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara girişdə problem yaranıb.
Senzor.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, problem lokal deyil, qlobal xarakter daşıyır.