Dövlət Xidməti sosial şəbəkələrdəkı nasazlıqla bağlı məlumat yayıb
YENİLƏNİB

“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

 

Senzor.az bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumatda belə deyilir.

 

"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda vurğulanır.

 

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi KİV-in sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır: "Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".

 

** 20:31

 

Sosial şəbəkələrin işində yaranan nasazlıq aradan qaldırılıb.

 

Senzor.az bildirir ki, facebook-un fəaliyyəti bərpa edilib.

 

Hazırda istifadəçilər üçün öz hesablarına daxil olmaq əlçatandır.

 

**19:51


“Facebook” və “Instagram” sosial platformalarının fəaliyyətində problem yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkə istifadəçiləri bildiriblər.

 

Belə ki, hazırda sosial şəbəkə hesablarına daxil olmaq mümkün deyil və avtomatik çıxış müşahidə olunur.

 

Sosial şəbəkə istifadəçiləri problemin qlobal miqyaslı və sistemlə əlaqəli olduğunu bildirirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.