Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində diqqət çəkən video paylaşıb.
Videoda Paşinyanın Dilican Milli Parkında maralları yemləməsi əks olunub.
Müxalif saytlar isə videonun artıq sosial şəbəkələrin erməni seqmentində trendə çevrildiyini yazıblar. Qeyd olunur ki, ermənilər baş nazirin marallardan çox öz vətəndaşlarının qayğısına qalmalı olduğundan bəhs edirlər.
"Anna Akopyan yazıb ki, Dilican Milli Parkında, Parz gölünə gedən yolda yerləşən Qafqaz Maralları Yetişdirmə Mərkəzinə hər kəs baş çəkə bilər. Giriş adambaşına 300 dramdır (1,3 manat-red.). 7 yaşa qədər uşaqlar isə bu məkana pulsuz daxil ola bilərlər. Videonun nə vaxt çəkildiyi qeyd olunmasa da, Paşinyanın Konstitusiya Günü ilə əlaqədar qeyri-iş günündə marallara vaxt ayıraraq dincəlmək qərarına gəldiyini güman etmək olar. Yaxşı olardı ki, problemlər məngənəsində sıxılan ölkənin rəhbəri vaxtını daha mühüm məsələlərə sərf edə", - deyə məqalələrdən birində vurğulanıb.