
İsrail İrana qabaqlayıcı zərbə endirib.
Senzor.az İsrail mediasına istinadən bildirir ki, bunu ölkənin müdafiə naziri İsrael Katz deyib.
Katz qeyd edib ki, ölkə üzrə “dərhal fövqəladə vəziyyət rejimi” elan olunub.
“İsrail Dövləti İsrailə qarşı təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı qabaqlayıcı zərbə endirib”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İsrail ərazisində hava həyəcan siqnalları səslənir. “Israel Defense Forces”in Daxili Cəbhə Komandanlığı mülki əhaliyə bomba sığınacaqlarına yaxın qalmaq barədə xəbərdarlıq edib.
Məlumatda bildirilir ki, “təhlükəsizlik vəziyyəti ilə əlaqədar” vətəndaşlar özlərinə ən yaxın qoruyucu sığınacağın yerini dəqiqləşdirməli və zəruri olmayan səfərlərdən çəkinməlidirlər.
**
“New York Times” rəsmi mənbələrə istinadən İrana hücumda ABŞ-ın da iştirak etdiyini yazıb.
**
“Fars” agentliyinin məlumatına görə, Tehranla yanaşı, İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səsləri eşidilib.
**
“AP”nin məlumatına görə, İsrailin hücum etdiyi hədəflər arasında İranın Ali Rəhbəri Əli Xameneinin ofisi də var.
“Reuters“ isə öz mənbələrinə istinadən bildirir ki, İranın Ali Rəhbəri Tehranda deyil.Боевые самолеты ВВС США с баз на Ближнем Востоке задействованы в нанесении ударов по Ирану.