Xamenei etirazçılara ilk dəfə müraciət etdi – TRAMPA İSƏ “GET, ÖZ ÖLKƏNLƏ MƏŞĞUL OL” DEDİ

İranın ali rəhbəri Əli Xamenei ölkədə baş verən etirazlar fonunda gənclərə müraciət edərək onları birlik və hazırlığa çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə İran KİV-i  məlumat yayıb.

 

"Tehran və digər bölgələrdə bir qrup vandal ölkənin binalarını dağıdıb. Vandallar bina və ya divarları dağıdaraq xarici dövlət liderlərinin açıqlamalarına uyğun hərəkət etdiklərini göstərməyə çalışıblar. Bəzi şəxslər ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən "Əgər İran hökuməti belə etsə, mən sizin tərəfinizdə olacağam" kimi əsassız açıqlamalara ümid bağlayıblar. İranın gəncləri, birlik və hazırlığı qoruyun. Bir millət yalnız birlikdə olanda düşmənini dəf edə bilər", - Əli Xamenei vurğulayıb.

 

O əlavə edib ki, etirazçılar ölkəyə zərər yetirənlərin tərəfindədir və ümidlərini xarici liderlərə bağlayıblar: "Əgər o bacarırsa, getsin öz ölkəsini idarə etsin! Ölkəsində cürbəcür hadisələr baş verir".

 

Əli Xamenei, həmçinin İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib.

 

Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların başlatdığı etirazlar ölkənin 30-dan çox vilayətinə yayılıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla, ümumilikdə 45 nəfər ölüb, onların arasında azyaşlılar və yeniyetmələrin də olduğu bildirilir. 2000-dən çox etirazçı həbs olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.