Britaniyanın keçmiş Baş naziri Zelenskinin müşaviri postunda...
PULSUZ İŞLƏYƏCƏK

Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Volodimir Zelenskinin yanında İqtisadi Bərpa üzrə Beynəlxalq Məşvərət Şurasında ödənişsiz vəzifə tutub.

 

"The Independent" nəşrinin yazdığına görə, keçmiş Baş nazir, ölkə gələn qışa qədər enerji sektorunu bərpa etməyə çalışarkən, Ukrayna hökumətinə iqtisadi dirçəlişlə bağlı məsləhətlər verməyə başlayıb.

 

Məşvərət Şurasının həm Zelenskiyə, həm də onun iqtisadi müşaviri, Kanadanın keçmiş Baş nazirinin müavini Xristia Frilanda məsləhət vermək üçün bir qrup ekspert təmin etməsi gözlənilir.

 

Sunak bildirib ki, Baş nazir vəzifəsində olarkən Ukraynanı dəstəkləmək onun üçün şərəf olub.

 

"Qərbin güclü Ukraynaya, güclü Ukraynanın isə güclü iqtisadiyyata ehtiyacı var. Buna görə də, Prezident Zelenskiyə iqtisadi bərpa məsələləri üzrə məsləhət verən beynəlxalq qrupa qoşulduğum üçün çox şadam. Əminəm ki, Ukrayna öz insan kapitalı, təbii sərvətləri və innovasiya mədəniyyəti ilə Avropanın ən dinamik iqtisadiyyatına malik ölkələrindən birinə çevrilə bilər", - o əlavə edib.

 

Nəşrin məlumatına görə, Sunak fevralın 26-da Dünya Bankının Prezidenti Acay Banqa və Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Odil Reno-Basso da daxil olmaqla, digər beynəlxalq xadimlərlə birlikdə Şuranın ilk iclasında iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.