
Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Təhlükəsizlik Şurasının üzvlərindən başqa, iclasda Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak ediblər.
İclasda Ermənistan ordusunda islahatlar, Ermənistana qarşı istifadə edilən hibrid təhdidlərə qarşı mübarizə tədbirləri və digər məsələlər müzakirə olunub.