Böyük Britaniyanın müdafiə naziri: İMKAN OLSAYDI, PUTİNİ OĞURLAYARDIM...
VİDEO

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putini oğurlayaraq müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edərdi.

 

Bu barədə The Telegraph məlumat yayıb.

 

Con Hili bu fikri Kiyevə etdiyi birgünlük səfər zamanı, Rusiyanın Ukraynaya qarşı kütləvi raket hücumları həyata keçirməsindən cəmi bir neçə saat sonra səsləndirib.

 

O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Prezident Sarayında görüşüb və Böyük Britaniyanın Ukraynada mümkün sülhməramlı missiya üçün qoşunlarını hazırlamaq məqsədilə 200 milyon funt sterlinq xərcləyəcəyini açıqlayıb.

 

Kiyevdə çoxmərtəbəli yaşayış binasına edilən pilotsuz uçuş aparatı hücumunun yerinə baxış zamanı Hili “Kyiv Independent” nəşrinə bildirib ki, əgər istənilən dünya liderini oğurlamaq imkanı olsaydı, “Putini saxlayar və onu müharibə cinayətlərinə görə cavab verməyə məcbur edərdi”.

 

Onun bu açıqlaması ABŞ-ın yanvarın 3-də Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mübahisəli əməliyyatından sonra səsləndirilib.

 

Hili bildirib ki, Rusiya Prezidentinin müharibə cinayətləri sırasında Ukraynaya ilk səfərlərindən birində Buçada gördükləri və İrpində tanış olduğu bəzi ukraynalı uşaqların oğurlanması da var.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.