
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan lideri Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.