Ərdoğan Belçikada PKK tərəfdarlarının hücumu nəticəsində yaralanan türk gəncə zəng etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Brüsseldə terror təşkilatı PKK tərəfdarlarının hücumu nəticəsində başından yaralanan Efe Tapmaza zəng edib.

 

Senzor.az bildirir ki, Tapmazın səhhəti və müalicə prosesi ilə maraqlanan Ərdoğan, "Oradakı bütün qardaşlarıma salam və sevgilərimi çatdırın. Hamının gözlərindən öpürəm. Allah şəfa versin" deyib. 

 

Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıçın prosesi izləyəcəyini deyən Ərdoğan, gəncin ailəsinə salamlarını və sevgilərini çatdırıb.

Tapmaz səhhətinin yaxşı olduğunu bildirərək, maraqlandığı üçün Ərdoğana təşəkkür edib.

 

Hadisə ilə bağlı yaralı gəncdən də məlumat alan Ərdoğan "Onlar əxlaqsızdırlar, alçaqdırlar. Oradakı rəsmi orqanlar və səfirliyimiz də onları təqib edir, biz də onların arxasınca gedirik. İnşallah, nəticəsi xeyirli olar...”deyib.

 

Xatırladaq ki, martın 24-də Belçikanın Leuven şəhərində toplaşan PKK tərəfdarları Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarını hədəf alan hücumlar həyata keçiriblər. Hadisələr zamanı bəzi Türkiyə vətəndaşları xəsarət alıb.

 

"Baş verənlərə cavab olaraq Brüssel və Ankaranın hakimiyyət orqanları tərəfindən dərhal tədbirlər görülüb. Türkiyənin xarici işlər naziri Hakan Fidan həmin gecə belçikalı həmkarı Haca Lahbib ilə telefonla danışıb. Bundan əlavə, Belçikadakı diplomatik nümayəndələrimiz hadisə bölgələrində yaşayan vətəndaşlarımızla görüşüblər. Polisin müdaxiləsi sayəsində hadisələrin genişlənməsinin qarşısı alınıb. Yerli hakimiyyət orqanları tərəfindən hücum edənlərlə bağlı araşdırmalara başlanılıb", - deyə elə həmin gün Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilmişdu. 

 

Nazirlik onu da vurğulamışdı ki, bu hadisə PKK terror təşkilatının Qərbi Avropada sosial sülh və ictimai asayişi təhdid etdiyini bir daha göstərir...


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.